Rektor tələbə yataqxanasına gəldi, tələbələrə ət, çay, qənd paketləri verdi

tehsil
1-10-2015, 13:46 1117
Rektor tələbə yataqxanasına gəldi, tələbələrə ət, çay, qənd paketləri verdi Azərbaycan Dövlət Aqrar Universitetində tələbə-rektorluq münasibətlərinin güclənməsində yataxanada yaşayan tələbərlə günün sonunda dəyirmi masa arxasına toplaşıb səmimi söhbətlər də mühüm rol oynayır.
ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə xaricdən elmi səfərdən qayıdan kimi rektor İbrahim Cəfərov ilk olaraq yataqxanada yaşayan tələbələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Bu görüşlərdə struktur rəhbərləri də iştirak edib və hər kəs öz sahəsinə aid sualı yerindəcə cavablandırıb. Rektor İbrahim Cəfərov deyib ki, bu cür görüşlər tələbəyə stimul verir. Onlar daimi olan bu görüşlərdə sərbəst olur və bütün problemlərini dilə gətirirlər. Səmimi söhbətlər onları həm də cəmiyyətin aparıcı qüvvəsi olmağa səfərbər edir. Eyni zamanda tələbə üzərində məsuliyyət hiss edir
İbrahim Cəfərov yataqxanada yaşayan tələbələrin Qurban bayramını təbrik edib, onlara ət, çay, qənd və şirniyyat dolu paketlər təqdim edilib.