TQDK deputatın çağırışına cavab verdi: “Keçid balları stabil saxlanıla bilər”

tehsil
1-10-2015, 13:43 935
TQDK deputatın çağırışına cavab verdi: “Keçid balları stabil saxlanıla bilər” Milli Məclisin payız sessiyasının dünənki müzakirələrundə Zahid Oruc ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının keçid balları məsələsinə toxunub. O, bildirib ki, keçid ballarının aşağı salınmadan stabil saxlanılması təhsilli, savadlı gənclərin ali məktəbələrə qəbuluna səbəb olacaq ki, onlar da gələcəkdə dövlətin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.
Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ixtisas qrupları üzrə əvvəlcədən elan edilmiş keçid balları ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sorna aşağı salınmadı. Amma əvvəlki illərdə biz ayrı-ayrı ixtisas qrupları üzrə keçid ballarının aşağı salınması hallarını müşahidə etmişik.
Məsələyə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə də münasibət bildlrib. O. Modern.az-a açıqlamasında deyib:
“Məlumdur ki, bu il müsabiqə şərtləri bütün qruplarda əvvəlcədən necə elan olunmuşdusa, elə də saxlanıldı və hər hansı dəyişiklik baş vermişdi. Tələbə Qəbulu üzrə Dövlət Komisisyası həmişə arzu edir ki, daha yüksək bal toplamış gənclər ali təhsil müəssisələrinə qəbul olunsun. TQDK-nın özü də buna maraqlıdır və yalnız müəyyən illərdə müsabiqə şərtləri aşağı salınmışdı. Amma bu il buna gedilmədi. Gələcəkdə də keçid ballarının stabil saxlanılması haqqında indidən nəsə söyləmək çətindir. Amma bu il keçid balları dəyişilməz saxlanıldığına əsaslanıb deyə bilərik ki, gələcəkdə də belə olacaq”.