Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı günü" keçirəcək

tehsil
29-09-2015, 15:51 1147
Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı günü" keçirəcək M.V.Lomonosov adına Moskva Dövlət Universitetininin (MDU) Bakı filialı oktyabrın 3-ü saat 14:00-də "Açıq qapı günü" keçirəcək.
Həmin gün ali məktəbə qəbul olunmaq istəyən abituriyentlər MDU-nun Bakı filialına qəbul olmaq üçün 2015-ci il qəbul imtahanları və şərtləri ilə tanış ola bilərlər.
Abituriyentlərə filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya və iqtisadiyyat fakültələrində bakalavrların hazırlığı barədə ətraflı məlumatlar veriləcək.
"Açıq qapı günü" Bakıda Hüseyn Cavid prospekti, 133 ünvanında (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında) keçiriləcək.