Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

sosial
28-09-2015, 13:30 976
Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır Gündüz 26-30 dərəcə isti olacaq.
Sentyabrın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.
Bölgələrdə də hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.