Azərbaycanı sevən milyarder şahzadə

maraqli
28-09-2015, 12:53 887
Azərbaycanı sevən milyarder şahzadə Ərəb şahzadəsi Həmdanın sərvəti 19 milyard dollara bərabərdir.
Bir müddət əvvəl Azərbacanda səfərdə olan ərəb şahzadəsi Hamdan bin Muhammed bin Rasid yenidən ölkəmizə gəlib.
1987-ci ildə anadan olmuş şeyx Azərbaycan səfəri zamanı Göygöl rayonunun ərazisində yerləşən Hacikənddə və Hacıqabul rayonunun Qarasu kəndində ov edib, həmçinin yemək bişirib.
Şahzadənin Azərbaycan səfəri zamanı ov etməsi və yemək bişirməsi barədə fotolar yayılıb.
Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid mart ayının 23-də də Azərbaycana səfər etmişdi.
Ölkəmizə 10-15 nəfərlik qohum-dostları ilə birgə gələn şahzadə Bakıda bahalı otellərdən birində gecələmişdi. Paytaxtın görməli yerlərini gəzən Hamdan daha sonra ətrafındakı insanlarla birlikdə Hacıqabul rayonunun Qarasu və Muğan kəndlərində şahin və bəzgək quşları ovlamışdı.
Onun ölkəmizə öz helikopterləri ilə gəldiyi məlum olmuşdu. Dubay Şahzadəsi səfəri zamanı Qəbələdə də olub, kanatda gəzmişdi.
Mart gəzintisi şahzadənin Azərbaycana ilk səfəri olmayıb. Həmin gəzintidən bir müddət əvvəl də ərəb zənginlər Azərbaycanda olmuşdular. Milyarder ərəb övladları üç həftəyə yaxın Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ova gəlmişdilər.
Onların arasında Qətər əmirinin oğlanları, qardaşları da vardı. İnternetdə yayılan kadrlardan da Qətər şeyxləri iki 6 təkərli “Gelandewagen”, “Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobili ilə paytaxtda şütüdükləri məlum olmuşdu. Onlar ərəb nömrəsilə gəzdikləri avtomobillərini Bakıya Dubay aviareysi ilə gətirmişdilər.
Həmdan bin Məhəmməd bin Rəşid şeyx Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsidir. O, hazırda Dubay İcraiyyə şurasının sədridir. Həmdan Senderherst hərbi akademiyasını və London iqtisadiyyat məktəbini bitirib. Gənc şeyx boş vaxtlarında Fazza ləqəbi ilə şerlər yazır. Ərəb şahzadəsi Həmdanın sərvəti 19 milyard dollara bərabərdir.
Şahzadənin hobbiləri arasında həmçinin külli miqdarda pul xərclədiyi dəvələr, avtomobillər və paraşütlə atlanma da var.
Ölkəmizdə səfərdə olan şahzadənin qardaşı sentyabr ayının 18-i 1981-ci il təvəllüdlü şeyx Rəşid bin Məhəmməd Al Məktum ürək tutmasından vəfat etmiş, onun ölümü ilə bağlı ölkədə üç günlük matəm elan edilmişdi.
Ölüm hadisəsiylə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma oğlunun ölümü ilə bağlı başsağılığı vermışdi.
Azərbaycanı sevən milyarder şahzadə
Azərbaycanı sevən milyarder şahzadə