Polis Bakıda «Niva» ovuna çıxdı

sosial
23-09-2015, 10:47 924
Polis Bakıda «Niva» ovuna çıxdı 20-dən artıq avtomobil cərimə meydançasında.
Son günlər Bakıda yol polislərinin bahalı avtomobillərə qarşı keçirdiyi kütləvi reydlər zamanı digər avtomobillər də diqqətdən yayınmayıb.
Realfakt.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisində yerləşən iki cərimə meydançasında 20-dən artıq «Niva» markalı avtomobil var.
Həmin avtomobillərdə qadağan olunmuş səs siqnalları, plyonka, konstruksiya dəyişikliyi aşkarlandığı üçün cərimə meydançasına salınıb.