“Azərbaycan təhsil sistemində Avropa standartları: təcrübə mübadiləsinin təşkili” adlı layihə həyata keçirilir

tehsil
22-09-2015, 11:10 970
 “Azərbaycan təhsil sistemində Avropa standartları: təcrübə mübadiləsinin təşkili” adlı layihə həyata keçirilir Azərbaycan–Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan təhsil sistemində Avropa standartları: təcrübə mübadiləsinin təşkili” adlı layihə icra edir.
Layihənin əsas məqsədi Azərbaycanın üç ali təhsil ocağında - Bakı Dövlət Universitetində, Bakı Slavyan Universitetində və Azərbaycan Menecment və Turizm Universitetində tələbələrə Azərbaycan təhsil sistemində mövcud olan Avropa təhsil standartlarının tətbiqi ilə bağlı görülmüş işlər barəsində maarifləndirmə işinin təşkili, təhsil standartlarının müqayisəli təhlili, həmçinin ali təhsil pilləsində tətbiq olunan Bolonya sisteminin əsas anlayışlarının gənclərə çatdırılmasıdır.
Qeyd edək ki, layihə çərçivəsində artıq iki universitetin tələbələri ilə görüşlər təşkil olunub. Gənclərə mövzu üzrə müvafiq kitabçalar və bukletlər təqdim edilib, xaricdə təhsillə bağlı müvafiq müzakirələr aparılıb.