Soydaşlarımız bu səbəbdən intihar edir

hadise
18-09-2015, 17:07 859
Soydaşlarımız bu səbəbdən intihar edir Azərbaycanda intiharların sayı günü-gündən artır.
Ötən gün 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayevanın qəfildən Bakı-Sumqayıt qatarının dəmir xəttinin üzərinə uzanaraq özünə qəsd etməsi əhali arasında intihar hallarının artıdığını göstərir.
Həmin qadının ruhi xəstə olduğu bildirilir. Amma son zamanlar baş verən intihar hallarının heç də hamısı bu səbəbdən baş vermir.
Sentyabrın 5-i "28 May" stansiyasında baş verən intihar hadisəsinin səbəbi isə gənc oğlanın öz nişanlısı ilə mübahisə etməsi göstərilir.
Ümumiyyətlə, son vaxtlar az qala hər gün bir neçə intihar hadisəsi baş verir. Intihar edənlərin içində bütün nəsillərin nümayəndələrinin - yeniyetmələrin, gənclərin, yetkin insanların və ahılların olduğunu düşünəndə, sual yaranır: Ölkədə bu qədər intiharların olmasının səbəbi nədir?
Psixoloq Elnur Rüstəmov baş verənlərdə bir nəfərin deyil, ümumilikdə,cəmiyyətin günhkar olduğunu deyir:
"Biz hamımız bir-birimizdən asılıyıq, hamımız da bir-birmizə kömək etməliyik. İnsanların psixoloji durumları bağça, məktəb vaxtından öyrənilməli və buna qarşı tədbirlər görülməlidir. Bunun üçün psixoloji çətinlikləri olan insanlar ilk növbədə Səhiyyə Nazirliyi nəznində, eləcə də, özəl şəkildə fəaliyyət göstərən psixoloji mərkəzlərə müraciət etməlidirlər. "