Hacıyev Nihat Rəşad oğlu

tehsil
17-09-2015, 16:31 1121
Hacıyev Nihat Rəşad oğlu

Gəlişi ilə ailəmizə sevinc, şadlıq gətirən Nihat balamızın hər bir sözü, addımı sanki, həyatımızın rövnəqliyini artırdı. Arzularımızın sonsuz hüdudundan başlayaraq, gələcək nəslimizin davamçısı olan, şirin-şəkər Nihatımız artıq sentyabrın 15-də, bilik günündə məktəbə, I sinifə qədəm qoydu.
İllərin belə tez gəlib keçməyini bilə bilməzdik. Vaxt vardı, Nihatı bağçaya aparırdıq. İndi isə bilik, savad almaq, cəmiyyətdə layiqli yer tutmağı öyrənəmək üçün məktəb pillələri ilə addımlayır. Bu pillələrlə yüksəlməyi sinif müəlliməsi uzun illərin pedaqoqu, təcrübəli xanım Abdullayeva Nüşabə Əmir qızı öyrədəcək.
İnanırıq ki, Nüşabə müəllimə səbrlə, dözümlə şagirdlərin nazı ilə oynayaraq, bilik və bacarığını onlardan əsirgəməyəcək.
Bu yolda ona uğurlar arzulayırıq. Ailəmizin adından həm Nihat balamızın, sinif yoldaşlarının, həm də Nüşabə müəllimənin yeni dərs ilini təbrik edirik!