Azərbaycanda təhsil və karyera sərgisi keçiriləcək

tehsil
14-09-2015, 12:06 967
Azərbaycanda təhsil və karyera sərgisi keçiriləcək “İteca Caspian” şirkəti məlumat yaydı.
Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgiləri öz işinə başlayacaq.
Realfakt.Az-a İteca Caspian-dan verilən məlumata görə, bu il “Təhsil” və “Karyera” sərgilərinə dünyanın 20 ölkəsindən 122 iştirakçını bir araya gətirərək, sərgi meydançası üzrə 20% artım nümayiş etdirib.
Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura və aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramları, işgüzar xarici dil kursları, habelə təcrübə və treninqlər təklif ediləcək.
Ziyarətçilər sərgidə aparıcı universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət yaradaraq, universitetə daxil olma prosesinə necə başlamağı, bu prosesə daha yaxşı necə hazırlaşmağı, sənədləri təqdimetmə müddətləri, təhsil qiymətləri və yaşayışın necə təşkil olunduğu barədə onları maraqlandıran suallara cavab ala biləcəklər.
Qeyd edək ki, ziyarətçilər həmçinin universitetlərin reytinqi, ixtisaslar və bir sıra digər məsələlər xüsusunda da məlumat ala biləcəklər. Xarici iştirakçılar tələbə / nümayəndə heyəti mübadiləsi və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq proqramı üzrə Azərbaycan universitetlərinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar.