Ukrayna ordusunun şəxsi heyəti iki dəfə artıb

dunya
13-09-2015, 18:27 802
Ukrayna ordusunun şəxsi heyəti iki dəfə artıb “Biz səbr etməliyik”.
Son bir il ərzində Ukrayna ordusunun şəxsi heyəti iki dəfə artıb.
Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Stepan Poltorak deyib.
“Yalnız son bir ildə Ukrayna ordusunun şəxsi heyəti 146 mindən 280 minədək artıb. Bizdə büdcə və qidalanma ilə problemlər var, lakin, mən əminəm ki, biz səbr etməliyik və biz mütləq ukraynalıların fəxr edəcəyi elə bir ordu yaradacağıq ki, digər ölkələr ona qorxu ilə yox, hörmətlə yanaşsın”, - nazir qeyd edib.