“WhatsApp” yeni ildən bu smartfonlarda işləməyəcək - YANVARIN 1-DƏN...

sosial
28-12-2020, 13:24 1111
“WhatsApp” yeni ildən bu smartfonlarda işləməyəcək - YANVARIN 1-DƏN..."WhatsApp” 1 yanvar 2021-ci ildən etibarən köhnə smartfonlarda işləməyəcək. BAXAR.AZ bildirir ki, bu barədə "Mirror” nəşri yazıb. Mesencer əməliyyat sistemini iOS 9 və ya Android 4.0.3-ə qədər yeniləməyən istifadəçilərin cihazlarında çalışmayacaq. Bu, ilk növbədə iPhone 4 və daha əvvəlki modellərə aiddir. "WhatsApp”ın iPhone 4S, iPhone 5, iPhone 5S, iPhone 5C, iPhone 6 və iPhone 6S-də yenidən işləməsi üçün isə proqram təminatını iOS 9-dək yeniləmək lazımdır. Bundan başqa, mühüm məlumatları itirməmək üçün yazışmaların nüsxəsini çıxarmaq məsləhətdir.