Yeni hərbi qənimətlər ələ keçirildi - VİDEO

gundem
27-12-2020, 12:38 1090
Yeni hərbi qənimətlər ələ keçirildi - VİDEOMəlum olduğu kimi, MMA idmançımız Tofiq Musayev hərbçi kimi Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonunda xidmət edir. BAXAR.AZ xəbər verir ki, məşhur idmançımız kəşfiyyat taqımının leytenantı kimi bir sıra tapşırıqları uğurla icra edib. Onun atəşkəs imzalandıqdan sonra Zəngilanın bəzi kəndlərində qalan ermənilərin tarixi torpaqlarımızdan çıxarılmasında xüsusi xidməti olub. Həmçinin Tofiq Musayev xidməti vaxtı erməni hərbçilərin qoyub qaçdığı hərbi qənimətlərin ələ keçirilməsi ilə də fərqlənib.
Həmin eksklüziv görüntüləri təqdim edirik: