Publisist Şuhrat Salamov: “Özbəkistanın 34 milyonluq xalqı Azərbaycanı dəstəkləyir”

gundem
31-10-2020, 18:26 877
Publisist Şuhrat Salamov: “Özbəkistanın 34 milyonluq xalqı Azərbaycanı dəstəkləyir”Özbəkistanın media mənbələri Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı apardığı müharibəni fəal şəkildə işıqlandırır.

Media.Az-ın məlumatına görə, bu barədə Özbəkistanın tanınmış tarixçisi və publisisti Şuhrat Salamov (Barlas) qeyd edib.

O, həmçinin, Türk dövlətləri arasındakı hərbi ittifaqın yaradılmasını dəstəklədiyini, təbii ki, bunun özünəməxsus xüsusiyyətləri olduğunu bildirib:

“Qanuna görə, ölkəmiz hərbi bloklarda iştirak edə bilməz. Ancaq düşünürəm ki, Azərbaycanın qələbəsindən sonra bölgədəki və bəlkə də, dünyadakı geosiyasi tarazlıq dəyişəcək. Beləliklə gələcəkdə hər şey mümkündür”.

Tanınmış tarixçi 34 milyonluq özbək xalqının, demək olar ki, hamısının Azərbaycanı dəstəklədiyini vurğulayıb.

“Özbəkistan üçün Azərbaycanın ərazi bütövlüyü müqəddəs bir anlayışdır... Biz qardaşlarımızın yanındayıq”, - deyə Salamov sözlərini yekunlaşdırıb.