Şahmat üzrə Dünya çempionatının üçüncü günü başa çatdı

idman
5-09-2015, 11:50 1027
Şahmat üzrə Dünya çempionatının üçüncü günü başa çatdı Dörd partiyanın hamısı şahmatçılarımızın qələbəsi ilə başa çatıb.
Çempionatın üçüncü günü qızlarımız üçün uğurlu keçib. Dörd partiyanın dördü də qızlarımızın qələbəsi ilə başa çatıb.
Realfakt.az xəbər verir ki, Qrünfeldin müdafiəsi Aytən Əmrayevaya Fransadan olan Anisiya Tomasa üzərində qələbə gətirib. Daha üç görüş rusiyalı idmançılarla olub.
Sabina İbrahimova əjdaha variantında güclü hücum təşkil edib və Marta Voskresnayanı təslim olmağa məcbur edib.
Günay Məmmədzadə Karina İvanova ilə görüşdə endşpildə filin at üzərində üstünlüyünü sübut edib, Ülviyyə Fətəliyevaya Anastasiya Sazonovanı tərksilah etmək üçün 58 gediş lazım olub.
Oğlanların partiyaları daha gərgin olub. Yalnız Misrəddin İskəndərov sonda taktiki hesablamalarla isveçrəli Benedikt Hasenoora qalib gəlib.
Ülvi Bacaraninin fransalı Kventin Loyseauya və Nicat Abbasovun Qazaxıstan şahmatçısı Denis Maxneva qarşı oyunu heç-heçə başa çatıb. Oğlanların hər birinin 3 partiyadan 2 xalı var.