Tovuzda atışma: iki nəfər yaralandı

sosial
4-09-2015, 13:51 852
Tovuzda atışma: iki nəfər yaralandı Ermənistan Silahlı Qüvvələri ötən gecə Tovuzun cəbhəyanı kəndlərini atəşə tutub.
Gecəyarıyadək davam edən atışma zamanı rayonun Əlibəyli kəndinin 2 sakini - 87 yaşlı İsa Musayev və 83 yaşlı Sehran Musayeva yaralanıb.
Hər iki yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, kənddə 100-dən artıq evin dam örtüyünə atışmada ziyan dəyib.