Tovuz atəşə tutuldu

hadise
3-09-2015, 15:15 916
Tovuz atəşə tutuldu 2 ev yandı, 1 dinc sakin yaralandı
Tovuzun Ermənistanla sərhəddə yerləşən Əlibəyli və Ağdam kəndləri axşam saatlarından başlayaraq səhərə qədər Ermənistan Silahli Qüvvələri tərəfindən aramsız atəşə tutulub.
ANS PRESS-in Qərb bürosundan aldığımız məlumata görə, yandırıcı güllələrdən açılan atəş nəticəsində Əlibəyli kəndində iki ev yanıb.
63 yaşlı dinc sakin Tofiq Kazımov isə yaralanıb. Yaralı Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan aldığımız xəbərə görə, yaralının vəziyyəti orta ağırdır. Hazırda ANS PRESS-in bölgə müxbiri hadisə yerindədir.