Ordumuz düşmənə 236 atəş zərbəsi endirdi

sosial
3-09-2015, 14:20 683
Ordumuz düşmənə 236 atəş zərbəsi endirdi MN məlumat yaydı.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 174 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı və Aşağı Əskipara kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.