» » Əflatun Amaşov: "Azərbaycan mediası müstəqildir"


Əflatun Amaşov: "Azərbaycan mediası müstəqildir"

3-05-2019, 17:27
Oxunub: 578
Çap et
Əflatun Amaşov: "Azərbaycan mediası müstəqildir" "Azərbaycan mediası müstəqil mediadır və cəmiyyətdə baş verən istənilən hadisənin çatdırılmasında böyük rol oynayır".
"RealFakt.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, Azərbaycan mediası dünya mediasının tərkib hissəsidir: "1991-cildə Afrika jurnalistləri üçün təşkil olunan tədbirdən sonra UNESKO BMT qarşısında məsələ qaldırdı ki, 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü kimi qeyd olunsun. Elə o vaxtdan Asiya ölkələri üçün Almatıda, Amerika ölkələri üçün Torontoda və s. tədbirlər keçirildi və müxtəlif bəyannamələr qəbul olundu. Həmin sənədlərdə göstərilirdi ki, jurnalistlər öz fəaliyyətini azad şəkildə qurmalıdır, medianın əsas vəzifəsi baş verən hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmalıdır. Həmin sənədlərdə senzuranın ləğv edilməsi məsələsi də gündəmə gəlib”.
Mətbuat Şurasının sədri deyib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edən müstəqil mediadır: "1993-cü ildən belə tədbirlər mütəmadi olaraq ölkəmizdə keçirilir. Biz Azərbaycan mediasına nəzər yetiririk. Azərbaycanda baş verən hər cür hadisə ictimaiyyətə çatdırılır. Azərbaycanda istənilən şəxs fikir və ideyalarını KİV və sosial şəbəkələr vasitəsilə cəmiyyətdə yaya bilir. Bu gün ölkəmizdə 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. Bu gün Azərbaycan mediası ölkəmizlə bağlı hadisələrə ümummilli maraqlardan baxmağı bacaran jurnalistikadır. Azərbaycan mediası dünyanın inkişaf etmiş mediasının tərkib hissəsidir. Bu gün dünya, tələblər dəyişir. Azərbaycan jurnalistikasının özünün problemləri var. Vaxt keçdikcə bu problemləri həll edirik. Çalışırıq ki, Azərbaycan mediası iqtisadi baxımdan da güclü media olsun. Heç bir qurumdan, iqtisadi mərkəzdən asılı olmayan media olaraq reklam və digər gəlirlərdən özünün iqtisadi siyasəti düzgün qura bilsin. Bizim indiki şəraitdə qarşıya qoyduğumuz əsas vəzifə məhz bunlardan ibarətdir”.
"3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərimizi təbrik edirəm. Bu tarixin yaranması keçən əsrin sonlarında gündəmə gəlib", - Ə.Amaşov azərbaycanlı jurnalistləri təbrik edib.
Reytinq: