Vaşinqtondan Türkiyəyə pozitiv təklif

gundem
3-05-2019, 17:04 1342
Vaşinqtondan Türkiyəyə pozitiv təklif Türkiyə müdafiə naziri Hulusi Akar Vaşinqtonun “Patriot” zenit-raket komplekslərinin alınması ilə bağlı rəsmi Ankaraya “daha pozitiv” təklif irəli sürdüyünü açıqlayıb.
Bu haqda “RİA Novosti” məlumat verir.
Onun sözlərinə görə, ABŞ-ın yeni təklifində Türkiyənin əvvəldən gözlədiyi mövqe yer alır.
Akar əlavə edib ki, rəsmi Ankara “Patriot” sistemlərini almaqdan savayı, həm də ölkə daxilində zenit-raket komplekslərini istehsal etmək niyətindədir.
Xatırladaq ki, fevral ayında Türkiyə prezidenti Tayyib Ərdoğan ABŞ-ın “Patriot” sistemlərinin alınması ilə bağlı Ankaranın iki əsas şərtini (kreditin ayrılması və zenit-raket komplekslərinin birgə istehsalı) yerinə yetirə bilməyəcəyini bildirmişdi.
Ancaq aprel ayında Türkiyə müdafiə naziri, “Patriot”la bağlı ABŞ-dan yeni təklifin daxil olduğunu açıqlamışdı. Türkiyə XİN isə Ankaranın ABŞ-la danışıqları davam etdirdiyini bəyan etmişdi.
2017-ci ildə Türkiyəyə Rusiyanın “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqavilə Ankara və Vaşinqton arasında diplomatik müstəvidə “soyuq yellərin əsməsinə” səbəb olub. ABŞ hökuməti NATO müttəfiqində Rusiya komplekslərindən imtina etməsini tələb edir.