Merkeldən qaz ixracatçısı olan ölkələrə vacib mesaj

gundem
8-02-2019, 22:06 1240
Merkeldən qaz ixracatçısı olan ölkələrə vacib mesaj Avropa İttifaqı təkcə Rusiya qazına arxalanmayacaq və qaz nəqlinin diversifikasiyasını təmin edəcək, o cümlədən sıxılmış qaz hesabına.

“Bloomberg”in məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel bəyan edib.

O bildirib ki, Almaniya sıxılmış (maye) qaz üçün yeni terminallar inşa edəcək.

“Bu isə o deməkdir ki, biz heç bir halda təkcə Rusiyadan asılı olmaq istəmirik”, - deyə Merkel vurğulayıb.