Yığmamız Xorvatiyaya qarşı

idman
3-09-2015, 10:20 909
Yığmamız Xorvatiyaya qarşı Bu gün Avro-2016-nın seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası da növbəti oyununa çıxacaq.
Robert Prosineçkinin yetirmələri öz meydanında baş məşqçinin həmyerliləri ilə, yəni Xorvatiya yığması ilə qarşılaşacaq.
Xorvat mütəxəssisin millimizə baş məşqçi təyin olunmasından sonra keçirdiyi 2 rəsmi oyunda da yenilməyən komandamız bu dəfə daha çətin sınaq qarşısındadı.
Balkanlılar FİFA tərəfindən cəza olaraq 1 xalının silinməsinə baxmayaraq, hazırda 13 xalla qrupun lideridi. Hətta İtaliya millisini də qabaqlayan "damalılar"ın gücünü səfərdə keçirilən ilk oyunda hiss etmişdik.
Osiyekdəki oyunda Xorvatiya millisi yığma komandamız üzərində 6:0 hesablı qələbə qazanmışdı.
Robert Prosineçkinin həmvətənlərinə qarşı necə futbol təklif edəcəyi maraqla gözlənilir. Onu da qeyd edək ki, millimiz bu görüşə 2 itki ilə çıxacaq. Maksim Medvedev zədəli olduğu üçün, Cavid Hüseynov isə məlum səbəbdən sabahkı qarşılaşmada komandamıza kömək edə bilməyəcək.
Xorvatiya millisində isə heyətlə bağlı demək olar ki, problem yoxdu. Komandanın lideri Luka Modriç Madrid "Real"ının son oyununda yüngül zədə alsa da, bu, millimizə qarşı oynamasına mane olmayacaq.
3 sentyabr
21:00. Azərbaycan - Xorvatiya
Hakimlər: Rudi Buket, Gillom Debar, Kiril Qrinqor, Filipp Jann
"Bakcell Arena"
1
Xorvatiya
6
4
2
0
16
3
13
2
İtaliya
6
3
3
0
9
5
12
3
Norveç
6
3
2
7
8
10
4
Bolqarıstan
6
2
2
2
7
7
8
5
AZƏRBAYCAN
6
1
1
4
4
11
4
6
Malta
6
0
1
5
1
10
1
Qeyd: Xorvatiya - İtaliya oyununda (1:1) meydançanın qazonunda faşizm simvolu aşkarlandığına görə, Xorvatiyanın 1 xalı silinib.