Nazir müşavirini Aparat rəhbəri təyin etdi

siyaset
25-12-2018, 10:12 1206
Nazir müşavirini Aparat rəhbəri təyin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Realfakt.Az-a bildirilib ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.
Əmrə əsasən, Hidayət Abdullayev nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.Qeyd edək ki, H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.
1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də, bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarə olunması sahələrində çalışıb.
2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.
2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.