İlham Əliyev Polis Akademiyasında - FOTO

siyaset
25-12-2018, 12:08 1178
İlham Əliyev Polis Akademiyasında - FOTO
Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.
Realfakt.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət başçısına raport verib.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.
Dövlət başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.\