İlham Əliyev Türkiyədə “İlin dövlət adamı” seçilib

siyaset
23-12-2018, 22:32 1190
İlham Əliyev Türkiyədə “İlin dövlət adamı” seçilib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə “İlin dövlət adamı” adına layiq görülüb.
Realfakt.Az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar deyib.
Dövlətimizin başçısı bu ada federasiyanın 16 vilayətdəki dərnəklərinin və 145 vətəndaş cəmiyyəti təşkilatının təklifi ilə layiq görülüb.Bu mükafat səmimi, işgüzar, uğurlu və Türkiyənin dostu olması meyarları əsas götürülərək seçilib.
“Yanvar ayında cənab prezidentlə görüşərək, mükafatını təqdim edəcəyik”, - Dündar qeyd edib.