Azərbaycan Çoxtərəfli Sazişə qoşulub

siyaset
19-12-2018, 23:13 1285
Azərbaycan Çoxtərəfli Sazişə qoşulub
Prezident İlham Əliyev “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə” Çoxtərəfli Sazişə qoşulmaq haqqında Azərbaycan Respublikasının qanununu imzalayıb.
Realfakt.Az xəbər verir ki, sənədlə Azərbaycan Respublikası 2010-cu il 24 sentyabr tarixində Nyu-York şəhərində imzalanmış “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə” Çoxtərəfli Sazişə Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə qoşulub.