Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi

siyaset
13-12-2018, 21:44 1199
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.
Realfakt.Az Unikal.org-a istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan beş tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə sədri (baş həkim) təyin edilib.
Qeyd edək ki, bundan əvvəl A.Əzizov Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.