Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib

siyaset
13-12-2018, 21:32 1234
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Realfakt.Az-ın xəbərinə görə, bu barədə müvafiq sərəncamı dekabrın 13-də prezident İlham Əliyev imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.