İlham Əliyev üç ölkənin yeni səfirini qəbul edib

siyaset
5-12-2018, 22:15 1191
İlham Əliyev üç ölkənin yeni səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerlin etimadnaməsini qəbul edib.
Realfakt.Az-ın xəbərinə görə, bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.
Prezident İlham Əliyev dekabrın 5-də həmçinin Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.Dövlət başçısı dekabrın 5-də həmçinin Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.