Naxçıvanın ilk xanım naziri AzVision.az-a danışdı

siyaset
2-09-2015, 15:37 993
Naxçıvanın ilk xanım naziri AzVision.az-a danışdı Cənab prezidentə və Vasif Talıbova mənə göstərdikləri bu böyük etimada görə dərindən təşəkkür edirəm. Onların etimadını doğrultmağa çalışacağam”.
Bunu AzVision.az-a eksklüziv açıqlamasında Naxçıvanın qadın naziri Natəvan Qədimova deyib.
Naçıvan Muxtar Respublikasının mədniyyət və turizm naziri təyin olunan N. Qədimova təəssüratlarını bölüşüb.
“Mədəniyyət və turizm sahəsi çox geniş və əhatəli bir sahədir. Bu gün bu sahəyə ölkəmizdə çox böyük diqqət göstərilir. Muzeylərimiz, kitabxanalarımız və mədəniyyət ocalarımız qorunub saxlanılır. Məktəblərimiz, tamaşa salonlarımız yenidən qurulur. Bütün bu işlər dövlət başçı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilir. Ölkə rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Ona görə də bu gün Azərbaycan mədəniyyəti bütün dünyada məşhurdur. Muğamımız UNESCO-nun tərəfindən qorunur”.
“İlk qadın naziri olmaq mənim üçün çox məsuliyyətli bir işdir”-deyən N. Qədimova nazir kimi məsuliyyətin nə olduğunu dərk etdiyini qeyd edib.