“Neftçi” ukraynalıları bolqarlara dəyişdi

idman
9-01-2018, 16:58 1300
“Neftçi” ukraynalıları bolqarlara dəyişdi
“Neftçi” PFK 2018-ci ilin ilk oyununu yanvarın 14-də keçirəcək.

Realfakt.Az xəbər verir ki, flaqman “Keşlə” klubu ilə qarşılaşacaq.

İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.

Yanvarın 17-dən etibarən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində isə rəqib dəyişib. “Neftçi” yanvarın 25-i Odessa “Çernomorets”i ilə deyil, Sofiya “Slaviya”sı ilə üz-üzə gələcək.

Xatırladaq ki, Tərlan Əhmədovun yetirmələri Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə qarşılaşacaq.