Azərbaycan millisinin oyunlarının başlama saatları açıqlandı

idman
5-01-2018, 20:59 1179
Azərbaycan millisinin oyunlarının başlama saatları açıqlandı
Azərbaycan millisinin oyunlarının başlama saatları açıqlandı
Futbol üzrə milli komandamızın Türkiyənin Antalya şəhərində Moldova və Gürcüstan yığmaları ilə keçirəcəyi yoxlama oyunları “Mardan Palace” stadionunda təşkil olunacaq.

Realfakt.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Artıq oyunların başlama saatları da bəllidir.

Belə ki, müvafiq olaraq, yanvarın 30-da və fevralın 2-də keçiriləcək qarşılaşmalar yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.