Ramil Quliyev dünya çempionu oldu

idman
11-08-2017, 10:55 1159
Ramil Quliyev dünya çempionu oldu
Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, Quliyev 20,09 saniyə nəticə ilə ən yaxşı olub.

Gümüş medalı Cənubi Afrika təmsilçisi Ueyd van Nekirk (20,11), bürünc medalı isə Trinidad və Tobaqodan olan Ceremi Riçards (20,11) qazanıb.

Qələbədən sonra Ramil Quliyev Azərbaycan və Türkiyə bayraqlarına bürünüb.

Qeyd edək ki, bu, Türkiyənin Dünya Atletika Çempionatlarında ilk qızıl medalı kimi tarixə düşüb.