Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu

idman
2-08-2017, 21:13 1339
Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu
Dünən Finlandiyanın Tampere şəhərində gənclər arasında güləş üzrə dünya çempionatına start verilib.

Oxu.Az-ın məlumatına görə, turnirin ilk günündə azərbaycanlı sərbəst güləşçi Şahin Muxtarov (50 kq) qızıl medal qazanıb.

Həlledici görüşdə azərbaycanlı güləşçi Moldovanı təmsil edən erməni əsilli Karen Zurabyanı 7:5 hesabı ilə məğlub edib.