Ronaldu 7 il müddətinə həbs oluna bilər

idman
2-08-2017, 10:16 1252
Ronaldu 7 il müddətinə həbs oluna bilər
Madrid Realının hücumçusu Kriştianu Ronaldu vergilərin ödənilməməsi haqqında işlə bağlı məhkəmədə ifadə verib.

Oxu.Az AS-yə istinadla bildirir ki, təqsiri tam sübut olunduğu təqdirdə, portuqaliyalı 7 il müddətinə həbs oluna bilər. Lakin bütün borclar və cərimələr ödənilmiş olsa, bu müddət bir neçə dəfəyə qədər azaldıla bilər.

Xatırladaq ki, İspaniya prokurorluğu Ronaldunun 2010-cu ildə yaratdığı “biznes-stukturu”ndan “imic hüquqlarına” görə əldə etdiyi həqiqi gəlirlərini gizlətmək üçün istifadə etdiyini bildirir.

Vergilərin ödənilməsindən yayınmanın ümumi məbləği 14,7 milyon avro təşkil edir.