“Real” rəhbərliyi Ronaldo barədə qərarını verdi

idman
19-06-2017, 13:04 1291
“Real” rəhbərliyi Ronaldo barədə qərarını verdi
Madridin “Real” komandasının prezidenti Florentino Peres bəyan edib ki, hücumçu Kriştiano Ronaldonu klubda saxlamaq niyyətində deyil.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Daily Express nəşri məlumat yayıb.

Peres qeyd edib ki, komandanın maraqlarını həmişə hər bir oyunçunun ayrı-ayrılıqda maraqlarından üstün tutacaq. “Real” rəhbərliyi hesab edir ki, Ronaldo maaşının artırılması üçün klubu şantaj edir.

Xatırladaq ki, 32 yaşlı portuqaliyalının “Real”ı tərk etmək istəyi barədə məlumat iyunun 16-da yayılıb. Ronaldo Pereslə söhbət zamanı bildirib ki, bu addımı İspaniya prokurorluğunun onun ünvanına səsləndirdiyi ittihamlara görə atıb.

İyunun 13-də Ronaldoya qarşı vergidən yayınma (14,7 milyona avro məbləğində) maddəsi ilə iş qaldırılıb. İdmançı və onun vəkili bu ittihamla razılaşmırlar.