Azərbaycan klubu Avropa çempionu oldu

gundem
10-02-2017, 10:17 1109
Azərbaycan klubu Avropa çempionu oldu

Türkiyənin Antalya şəhərində keçirilən klublararası Avropa çempionatına yekun vurulub."Realfakt.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, son gündə azərbaycanlı idmançılar 6 medal qazanıb.

Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (53 kq, hər ikisi “Gilan” İK) qızıl, Radik İsaev (+87 kq, “Gilan” İK), Ramin Əzizov (87 kq, “Qafqaz” TK) gümüş, Yaprak Eriş (57 kq), Fəridə Əzizova (67 kq, hər ikisi “Gilan” İK) və Ceyhun Həsənli (+87 kq, “Savalan” TK) isə bürünc mükafatçı olub.

İdmançılarımız 4 gün davam edən klublararası Avropa çempionatını 31 medalla başa vurub.

”Gilan” idman klubu bütün kateqoriyalarda qitə birincisi adına layiq görülüb.