Gədəbəy sakini quyuya düşdü: vəziyyəti ağırdır

gundem
9-02-2017, 11:33 910
Gədəbəy sakini quyuya düşdü: vəziyyəti ağırdır

Gədəbəy rayon sakini quyuya düşərək ağır xəsarət alıb.

Realfakt.az APA-ya istinadən xəbər verir ki, rayonun Kicikqaramurad kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Nizami bədənin müxtəlif hissələrinin əzilməsi və sol said sümüyünün sınığı xəsarəti ilə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yaxınlarının deməsinə görə, N. İbrahimov özünə məxsus avtomobil təmiri sexində ehtiyatsızlıq nəticəsində çilingər quyusuna düşərək xəsarət alıb.