«Qaramanlı» əhvalımı qara günə qoydu - FOTOLAR

sosial, hadise
26-08-2015, 16:06 1446
«Qaramanlı» əhvalımı qara günə qoydu - FOTOLAR Təxminən ay yarım əvvəl özümə yay ayaqqabısı almaq üçün şəhəri gəzib-dolaşdım. Paytaxtın Şərifzadə küçəsində yerləşən «Qaramanlı» ayaqqabı marketində bəyəndiyim ayaqqabını tapdım. Endirimə görə qiymət kağızındakı 48 manatın üstündən xətt çəkilib aşağıda 35 manat yazılmışdı. Sevindim ki, həm mən istəyəndi, həm də cibimə uyğundu. Ayaqqabı ayağıma bir az böyük olsa da, həmin modeldən bir cüt idi.
İlk baxışdan ayaqqabıda heç bir defekt hiss olunmurdu. Düzü heç ağlıma da gəlməzdi ki, Türkiyənin «Qaramanlı» kimi məşhur ayaqqabıları belə kobud formada tikilə bilər, çünki bu gündə hamı Türkiyə malından ağızdolusu təriflər yağdırır. Buna mənim şübhəm yoxdur, hər şey ola bilər. Lakin fakt faktlığında durur. Daha doğrusu mənim ayağımda. Elə bil ayaqqabının bir tayı Türkiyənin bir tərəfində, digər tayı isə o biri tərəfində tikilib. Ayaqqabının həm tikilişində, həm də dərisindəki fərqlər açıq-aydın görünür.
Məzuniyyətimi keçirmək üçün şəhərdən çıxmalı oldum. Gələndən sonra «Qaramanlı»nın baş ofisinə zəng edərək öz iradımı bildirdim. Ayaqqabını da bir müddət geydiyimi də dedim. Mənimlə telefonda danışan xanım bildirdi ki, heç narahat olmayın, əgər ayaqqabıda həqiqətən siz dediyiniz defektlər varsa, dəyişərik. Aldığınız ünvana yaxınlaşın.
Bu gün ayaqqabını aldığım ünvana baş çəkdim. Yenə də əvvəlki kimi satıcı əlimə götürdüyüm «Qaramanlı» ayaqqabısını tərifləyərək ədəb-ərkanla bir neçəsini mənə göstərdi. Ayaqqabını ayağıma geyinib, əvvəl aldığım ayaqqabının fərqlərini göstərdim. Satıcılar ilk baxışdan gördüklərini təsdiqləsələr də, ayaqqabını digər ayaqqabıya dəyişəcəyimi və yalnız arada olan fərqi ödəyəcəyimi bildirəndə, vəziyyət tamam dəyişdi - dedilər ki, indi alacağın ayaqqabının yarı qiymətini ödəməlisən.
Razılaşmayıb geri döndüm. Belə də olmalı idi, burası Azərbaycandı, Türkiyə deyil. Əgər Türkiyədə bu iradlarla «Qaramanlı»ya müraciət etsəydim, nəinki ayaqqabını dəyişərdilər, hətta üzrxahlıq edib məni ədəb-ərkanla iş yerimə qədər yola salardılar.
Nə isə... «Qaramanlı»nın bir-birindən fərqli ayaqqabıları ayağımda yazıma hələlik nöqtə qoyuram.

Hüseynbala Həsən
Heqiqet.az

«Qaramanlı» əhvalımı qara günə qoydu - FOTOLAR









Dərilərin fərqi

«Qaramanlı» əhvalımı qara günə qoydu - FOTOLAR
















Tikişlərin fərqi

«Qaramanlı» əhvalımı qara günə qoydu - FOTOLAR













Altlıq ilə tikişə qədər olan məsafələrin fərqi