Metroda bomba həyəcanı

hadise
26-08-2015, 14:50 824
Metroda bomba həyəcanı Bu saatlarda İstanbulun Kadıköydəki “Ayrılıkçeşme” metro stansiyasında bomba yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, polis tərəfindən dərhal bomba həyəcanı verilən metrostansiyada axtarış işlərinə başlanılıb. Metrostansiyada polis tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb. Metrostansiyaya insanların girişi dayandırılıb.