Şəkidə silahlı insident

arasdirma
3-08-2016, 11:59 1463
Şəkidə silahlı insident
Şəkidə silahlı insident olub.
DİN-ə istinadən, hadisə avqustun 1-də Şəki rayonun Aşağı Göynük kəndində qeydə alınıb. Rayon sakini İkram Kərimov xuliqanlıq zəminində pnevmatik tüfəngdən atəş açaraq həmyerlisi Rəhman Əlfətova ayaq nahiyəsindən xəsarət yetirib.
Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Kərimov tutulub. Ondan müvafiq sənədləri olan "Striker" markalı pnevmatik tüfəng götürülüb.