Türkiyə HHQ-də təyyarəçi çatışmazlığı yaranıb

arasdirma
29-07-2016, 11:25 1260
Türkiyə HHQ-də təyyarəçi çatışmazlığı yaranıb
Türkiyənin Hərbi Hava Qüvvələrində (HHQ) təyyarəçi qəbuluna başlanılıb.
Trend-ə istinadən, bundan öncə Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində 214 hərbi təyyarəçi işdən azad edilib.
Qəbul hazırda Türkiyə HHQ-də hərbi təyyarəçi çatışmazlığı səbəbindən elan olunub.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.