Türkiyə PA: "Təhlükə sovuşmayıb"

arasdirma
18-07-2016, 11:09 1415
Türkiyə PA: "Təhlükə sovuşmayıb"
Türkiyədə hərbi çevrilişə cəhdin qarşısı alınıb, lakin hələ demək olmaz ki, təhlükə sovuşub.
Trend-ə istinadən, bu barədə Türkiyə Prezidenti Administrasiyası bəyanat verib.
Administrasiyanın mətbuat katibi İbrahim Kalın insanları meydanları tərk etməməyə çağırıb.
Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.