Dünya çempionu ona yol verməyən qadını güllələdi

hadise
25-08-2015, 14:07 828
Dünya çempionu ona yol verməyən qadını güllələdi Tay boksu üzrə dünya çempionu Oksana Kijnerova Omskun mərkəzində ona yol verməyən avtomobilin qadın sürücüsünə travmatik tapançadan atəş açıb.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzindəki Karl Marks prospektində, “Kaskad” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
İdmançı xanım Kristina Eppinqerinin sükan arxasında olduğu maşını ötmək istəyib. Ancaq o, Kijnerovaya yol verməyib, buna cavab olaraq dünya çempionu avtomobilin pəncərəsindən Eppinqerə atəş açıb. Nəticədə zərərçəkən başından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Eppinqerin bacısı deyib ki, qız əməliyyat olunub və hazırda vəziyyəti normaldır.
Polisdə belə bir insidentin baş verdiyini təsdiqləyiblər. “Xəsarət alan müalicəsini başa çatdıran kimi sağlamlığına dəyən zərər müəyyənləşdirilib prosessual qərar veriləcək”, - regionun Daxili İşlər İdarəsinin mətbuat xidmətinin rəhbəri Larisa Tsıqal deyib.
İdmançı xanımın azadlıqdan məhrum ediləcəyi istisna edilmir. Oksana Kijnerova Rusiyanın tay boksu üzrə yığmasının üzvüdür. 22 yaşlı xanım 2014-cü ildə keçirilən yarışlarda qalib gələrək dünya çempionu olub.