Nazir sektor müdirini işdən çıxartdı

tehsil
25-08-2015, 14:02 812
Nazir sektor müdirini işdən çıxartdı Təhsil Nazirliyinin diplomların tanınması (nostrifikasiyası) sektorunun müdiri Nəzakət Hacıyeva işdən çıxarılıb.
Modern.az xəbər verir ki, N.Hacıyevanın vəzifəsindən kənarlaşdırılmasına səbəb qeyri-qanuni əməllərini davam etdirməsi, diploma layiq olmayan şəxslərin diplomlarının “tanınması”na şərait yaratması olub.
Nazirlikdə onun işində aşkarlanan pozuntularla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi məsələsi də müzakirə olunub. Lakin onun zərif cinsin nümayəndəsi olduğunu nəzərə alan nazir xanım Hacıyevanı yalnız işdən çıxarmaqla kifayətlənib.