Azərbaycandan Almaniyada "erməni soyqırımı" qərarının müəllifinə məktub: anaya xəyanət edən oğullar bağışlanmır

siyaset
7-06-2016, 10:58 976
Azərbaycandan Almaniyada "erməni soyqırımı" qərarının müəllifinə məktub: anaya xəyanət edən oğullar bağışlanmır
Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bu gün 2 iyunda Almaniya Bundestaqında Osmanlı İmperiyasında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamənin müəllifi və fəal dəstəkçisi olan müliiyətcə türk olan Cem Özdemirə alman dilində müraciət ünvanlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Aydın Mirzəzadə özü məlumat verib.
Millət vəkili məktubda C.Özdemirin təşəbbüsü ilə Almaniya palamentində Osmanlı İmperiyasında 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanunun qəbul edilməsinin sivil dünyada, o cümlədən türkdilli Azərbaycan xalqında böyük təəccüb və təəssüf doğurduğunu bildirib.
Məktubda qeyd edilir ki, Azərbaycan Türkiyə ilə qardaş ölkə, strateji müttəfiqdir və ona görə də onunla və istənilən türkdilli dövlətlə baş verənlərə həssaslıqla yanaşır. Eyni zamanda, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən 1991-1994-cü illərdə işğal edilib və əhalimizin bir milyon nəfərindən çoxu Ermənistan qoşunları tərəfindən öz torpaqlarından çıxarılıb, məcburi köçkünə çevrilib.
Ermənistan Silahli Qüvvələri tərəfindən 26 fevral 1992-ci ildə Xocalı şəhərində genosid törədilib, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir olub, 150 xocalılı itkin düşüb.
BMT Təhlükəsizlik Şurasının 1992-1993-cü illərdə 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib və ondan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq tələb edilib. Qətnamələr indiyə qədər yerinə yetirilməyib.
Bundan sonra azərbaycanlı millət vəkili Bundestaqın üzvünə ciddi şəkildə iradlarını bildirib: "Ancaq siz nə bütün dünyanın reaksiya verdiyi Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və bir mliyon azərbaycanlının məcburi köçkün düşməsi məsələsinə, nə Ermənistan tərəfindən törədilən Xocalı faciəsi məsələsinə, nə də Türkiyənin düçar olduğu terror hadisələrinə indiyədək münasibət bildirməmisiniz.
Siz uydurma "erməni soyqırımı" məsələsinin yalan və Türkiyəyə qarşı bir təzyiq vasitəsi olduğunu bir türk və Türkiyədə böyümüş bir insan kimi bilməli idiniz. Heç olmasa bu layihəni hazırlayarkən həmin dövr üzrə ixtisaslaşan dünya tarixçiləri ilə məsləhətləşə bilərdiniz. Siz bilməli idiniz ki, Tükiyə dəfələrlə Ermənistana birgə komissiya yaradaraq 1915-ci il hadisələrinə birdəfəlik aydınlıq gətirmək üçün arxivlərdə işləmək təklifi etsə də, təklif Ermənistan tərəfindən rədd edilib. Çünki erməni millətçilərinin soyqırım iddiası heç bir arxiv materialları ilə təsdiqlənmir və bu dəfələrlə ciddi elmi və siyasi dairələr tərəfindən səsləndirilib. Elə siz özünüz də 15 il əvvəl yazdığınız məqalənizdə Fransada soyqırımın tanınmasını tənqid edərək, "1915 və ondan əvvəl 1895-ci ildə baş verən hadisələrin ələ alınma yeri nə Vaşinqton, nə də Paris və Berlindir" deyə vurğulamışdınız".
A.Mirzəzadə C.Özdəmiri və onunla həmrəy olan Türkiyə əsilli deputatları Türkiyəyə ağır zərbə vurmaqda ittiham edib: "Son dövrlər Türkiyə ilə Almaniya arasında münasibətlər heç də xoş günlərini yaşamırdı. Bu situasiyadan erməni millətçi dairələri və antitürk mərkəzləri uğurla istifadə etdilər və heç bir tarixi fakta söykənməyən qərar münasibətlərin gərgin olduğu bir zamanda emosiyalar üzərində qəbul edildi. Ağrıdıcıdır ki, bu "səlib yürüşü"nün önündə siz və türk millətindən olan daha 10 Bundestaq deputatı getdiniz. Yeganə həqiqət müdafiəçisi isə türk dünyası ilə heç bir bağlılığı olmayan xristian-demokrat Bettina Kudla oldu. Bu məqamda Türkiyə və türk dünyası siz 11 türk deputatdan ədalət və müdafiə gözləyirdi. Amma ona ən ağır zərbəni isə elə siz, öz oğul və qızları vurdular".
Sonda Milli Məclisin üzvü bildirib ki, Almaniya qüdrətli dövlət, alman xalqı müdrik xalqdır. Nə zamansa Almaniya bu məsələyə yenidən qayıdacaq və 2 iyunda buraxdığı səhvi düzəldərək Tükiyədən üzr istəyəcəkdir: "Ancaq sizin üzrünüz qəbul edilməyəcək, çünkü anaya xəyanət edən oğullar bağışlanmır".