Ankara və Bakı energetika sahəsində bəzi vacib məsələləri müzakirə edəcəklər

siyaset
2-06-2016, 12:16 1117
Ankara və Bakı energetika sahəsində bəzi vacib məsələləri müzakirə edəcəklər
İyunun 3-də Türkiyənin baş naziri Binəli Yıldırımın Azərbaycana səfəri zamanı Ankara və Bakı TANAP-ın, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi kimi energetika sahəsində bir sıra vacib məsələləri müzakirə edəcək.
Trend-ə istinadən, bunu jurnalistlərə B.Yıldırım deyib.
Onun sözlərinə görə, səfər zamanı Cənubi Qafqazdakı vəziyyət və ikitərəfli əlaqələrin inkişafı müzakirə ediləcək: "Azərbaycan Türkiyə üçün qardaş dövlətdir".