Rumıniya Azərbaycandakı səfirini geri çağırdı

siyaset
1-06-2016, 14:22 1177
Rumıniya Azərbaycandakı səfirini geri çağırdı
Rumıniya prezidenti Klaus Yohannis bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun geri çağırılması haqqında fərman imzalayıb.
Report-a istindən, fərmanla Çiobanu səfir vəzifəsindən geri çağırılıb.
Rumıniya prezidentinin imzaladığı fərman bu ölkənin daha 6 dövlətdə - İsveçrə, Braziliya, Serbiya, Küveyt, Pakistan və İranda çalışan səfirlərinə də şamil olunacaq.
Fərmana əsasən, Rumıniyanın həmin səfirləri fərman dərc olunduğu vaxtdan 90 gün müddətinədək səfir missiyasını bitirməlidirlər.
Qeyd edək ki, D.K.Çiobanu Azərbaycanda səfir fəaliyyətinə 2011-ci ildə başlayıb. Bundan əvvəl diplomat Rumıniyanın Moskvadakı səfirliyində 1-ci katib vəzifəsində çalışıb.