Parlamentin iclasında xüsusi qonaqlar

siyaset
31-05-2016, 13:16 966
Parlamentin iclasında xüsusi qonaqlar
Milli Məclisin bugünkü iclasında deputatlarla yanaşı bir qrup azyaşlı uşaq da iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, spiker Oqtay Əsədov həmin uşaqların simasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün dünya uşaqlarını təbrik edib:
“Sevindirici haldır ki, iclasımızda uşaqlar da iştirak edir. Bayaqdan necə sakit, mədəni dayanıblar, bizi dinləyirlər. Onları parlamentimizin adından bir daha təbrik edirik”.
Spikerin bu fikirləri millət vəkilləri tərəfindən də alqışlarla qarşılanıb və uşaqlar da bunun qarşılığında “sağ olun” deyə öz təşəkkürlərini ifadə ediblər.