ABŞ-dan Azərbaycana - “Əsgərlərimizi göndərməyə hazırıq”

siyaset
27-05-2016, 14:43 914
ABŞ-dan Azərbaycana - “Əsgərlərimizi göndərməyə hazırıq”
Azərbaycan hökuməti razı olsa, ABŞ bu ölkə ilə birlikdə hərbi təlimlər keçirmək üçün öz əsgərlərini göndərməyə hazırdır.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropada ABŞ qüvvələri komandasının generalı Ben Xoces bildirib.

“Mən istəyirəm ki, bizim hərbçilər Azərbaycana gedərək orada təlimlərdə iştirak etsinlər və bu bölgədən təcrübə əldə etsinlər”, - deyə general söyləyib.